Həccin sonuna qədər atəşkəsbackend

Həccin sonuna qədər atəşkəs

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əfqan lider \”Taliban” rəhbərliyini uzunmüddətli və etibarlı sülh üçün əfqanların istəklərini nəzərə almağa səsləyib.

Məhəmməd Əşrəf Qani atəşkəs elan etməklə yanaşı, onları İslam dəyərləri və prinsipləri əsasında sülh danışıqlarına da çağırıb.

Atəşkəsin məhz avqustun 19-u elan edilməsi təsadüfi deyil. Belə ki, bu gün Əfqanıstanda \”Müstəqillik günü\” qeyd olunur.

Əsas məqsəd də ölkənin müstəqilliyinə qarşı olan bu qüvvələr ilə müharibənin sonlandırılmasıdı.

Bildirilir ki, atəşkəs Həcc ziyarətinin sonuncu gününədək davam edəcək.

Xatırladaq ki, bir neçə gün öncə “Taliban” yaraqlılarının nümayəndəsi Qurban bayramı günlərində atəşkəs elan edilməsini nəzərdən keçirdiklərini bildirmişdi.

İnterpress.az