Bakıda ana və oğlu eyni anda tələbə oldu – FOTObackend

Bakıda ana və oğlu eyni anda tələbə oldu – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Artıq ali təhsil müəssisələrinə qəbul imtsahanları başa çatıb. Yüksək rəqabətlə müşahidə olunan qəbul imtahanları maraqlı faktlarla yadda qalıb.

İnterpress.az azedu.az-a istinadən xəbər verir ki, builki qəbul imtahanlarında ana və oğlu tələbə adını qazanıblar.

Bakı şəhəri 328 saylı məktəbdə ibtidai sinif müəllimi işləyən Kifayət Cabbarova Azərbaycan Kooperasiya Universitetinin İngilis dili fakültəsinə qəbul olunub. O, qiyabi formada təhsil alacaq.

Oğlu Hüseyn Cabbarlı isə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin tələbəsi adını qazanıb.

İnterpress.az

Bakıda ana və oğlu eyni anda tələbə oldu - FOTO