Türkiyədə ABŞ səfirliyi atəşə tutuldubackend

Türkiyədə ABŞ səfirliyi atəşə tutuldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın Türkiyədəki səfirliyinin inzibati binası silahla atəşə tutulub.

İnterpress.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə ötən gecə baş verib. Belə ki, avqustun 19-dan 20-nə keçən gecə heç bir qeydiyyat nişanı olmayan minik avtomobilinin içərisində olan naməlum şəxslər tərəfindən səfirliyin binası atəşə tutulub.

Naməlum şəxslər cinayəti törətdikdən sonra hadisə yerini tərk ediblər.

Hadis nəticəsində xəsarət alan olmasa da, səfirliyin binasına ziyan dəyib.

Eyni zamanda, atəş nəticəsində güllələrdən biri səfirliyin təhlükəsizlik işçilərinin yerləşdiyi kabinetin pəncərəsindən içəri daxil olub.

Polis hazırda silahlı şəxslərin axtarışına başlayıb.

İnterpress.az