Meladzenin “Jara-2018” çərçivəsində yaradıcılıq gecəsi Rusiyanın Birinci kanalında yayımlanacaqbackend

Meladzenin “Jara-2018” çərçivəsində yaradıcılıq gecəsi Rusiyanın Birinci kanalında yayımlanacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Rusiya Federasiyasının Əməkdar artisti Valeri Meladzenin festival çərçivəsində keçirilmiş yaradıcılıq gecəsi avqustun 24-də Rusiya Televiziyasının Birinci kanalında yayımlanacaq. Tamaşaçılar Valeri Meladzenin, onun Ani Lorak, Albina Canabayeva, Diana Arbenina, Qriqori Leps, EMIN və başqaları ilə duetlərini dinləyəcəklər. Konsertdə, həmçinin Polina Qaqarina, Slava, Vera Brejneva, Yuliya Kovalçuk, Aleksandr Panayotov, MBand, A\’Studio qrupları və başqaları çıxış edəcəklər.

İyulun 26-dan 29-dək Bakıda, “Sea Breeze Resort” istirahət mərkəzində keçirilmiş festivalda 75 ifaçı, eləcə də 1200-dən çox musiqiçi iştirak edib. Festival dörd gün ərzində şəhərin mədəni həyatına özünəməxsus hərarət, coşqunluq gətirib. Bu musiqi bayramında həm yaşlılar, həm də gənclər öz zövqlərinə uyğun ifaları dinləmək imkanı qazanıblar.

Festivalın təşkilatçıları müğənni və bəstəkar, Azərbaycanın Xalq artisti Emin Ağalarov, Rusiyanın Əməkdar artisti Qriqori Leps, “Russkoye radio”nun və “Qızıl qrammofon” mükafatının təsisçisi Sergey Kojevnikovdur. (azərtac)

İnterpress.az