Qətərdən Türkiyəyə ilk investisiya qoyuldubackend

Qətərdən Türkiyəyə ilk investisiya qoyuldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az AzNews.az istinadən bildirir ki, Qətərin Türkiyəyə 15 milyard dollar dəyərində sərmayə yatırımı paketinin ilk addımı atılıb.

Müqavilə Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının rəhbəri Murat Çetinkaya və Qətər Mərkəzi Bankının müdiri Abdulla ibn Səud Əl-Sani tərəfindən imzalanıb.

Qətər Mərkəzi Bankının ümumi şöbəsində baş tutmuş tədbirdə hər iki ölkədən səlahiyyətli nümayəndələr iştirak ediblər.

Anlaşamaya əsasən, iki ölkə arasında milli valyuta ilə ticarət aparılması və maliyyə sabitliyinin dəstəklənməsi gündəmə gətirilib.

Müqavilənin birinci mərhələsində istifadə olunacaq mənbənin üç milyard dollar olması gözlənilir.

İnterpress.az