“İrəli”də yeni layihə: “SAY-Cümhuriyyət”backend

“İrəli”də yeni layihə: “SAY-Cümhuriyyət”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İrəli” İctimai Birliyi gənclərin maarifləndirilməsi sahəsində fəaliyyətini davam etdirərək SAY hərəkatının 6-cı fəaliyyəti olan “Azərbaycan Gənclərinə Dəstək- Könüllülər Düşərgəsi (SAY:Cümhuriyyət)” layihəsini həyata keçirəcək. Könüllülər düşərgəsi Lənkəran şəhərində baş tutacaq.

İnterpress.az xəbər verir ki, “Azərbaycan Gənclərinə Dəstək- Könüllülər Düşərgəsi (SAY:Cümhuriyyət)” –layihəsi Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevin 2018-ci ilin Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi haqqında Sərancamına əsasən Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunacaq.

“İrəli” İctimai Birliyi “SAY: Support of Azerbaijan Youth” hərəkatı adı altında “SAY: Könüllülük Akademiyası”, “SAY: Green”, “SAY: Multikulturalizm”, “SAY: Volunteering Festival”, “SAY: Solidarity” kimi böyük layihələri Quba, Gəncə, İsmayıllı, Oğuz, Balakən şəhər və rayonlarında həyata keçirib və 100-lərlə gənci öz ətrafında toplamağı bacarıb. Adıçəkilən layihələrdə hədəf götürülən məqsəd və istiqamətlər müvafiq olaraq gənclərdə könüllülük ideyalarının aşılanması və inkişafı, gənclərdə ekoloji bilik və məsuliyyətin artırılması, gənc könüllülər şəbəkəsinin genişləndirilməsi və onların hərtərəfli formalaşmasına şərait yaratmaq olub. Eyni zamanda beynəlxalq və yerli tədbirlərdə gənclərin fəal iştirakına stimul vermək və Azərbaycanda könüllü fəaliyyətinin təbliğ olunması ilə könüllülərin peşəkarlığının artırılması, onların təlimatlandırılması və ixtisaslaşdırılması layihəsidi.

“Azərbaycan Gənclərinə Dəstək – könüllülər düşərgəsi (SAY: Cümhuriyyət)” layihəsinin əsas məqsədi – Azərbaycanda Könüllülük ideyalarının aşılanması, vətəndaş cəmiyyətinin düzgün istiqamətə yönləndirilməsi, gənclərdə humanizm, tolerantlıq prinsiplərinin formalaşdırılması, sağlam həyat tərzinin təbliği ilə gəncliyin inkişafına təkan vermək, Azərbaycan mədəniyyəti və Azərbaycan həqiqətlərinin dünya miqyasında tanınmasında onların aktiv iştirakını təmin etmək, ümumillikdə gənclər şəbəkəsinin inkişafına nail olmaq. Azərbaycan mədəniyyəti və Azərbaycan həqiqətlərinin dünya miqyasında tanınmasında onların aktiv iştirakını təmin etmək, ümumillikdə gənclər şəbəkəsinin inkişafına nail olmaqdan ibarətdir. Layihədə müəyyən edilən kriteriyalar əsasında gender bərabərliyi qorunmaqla 18-25 yaş aralığında gənclər Lənkəran şəhərində düşərgə şəraitində müxtəlif fiziki və simulyasiya oyunlarında, müzakirələrdə, peşəkar təlimçilərin iştirakı ilə seminarlarda, tanınmış şəxslərlərlə görüşlərdə iştirak edəcəklər. İcra ediləcək layihə çərçivəsində ölkə gənclər siyasətinə töhfə vermək məqsədilə gənclərin ölkə maraqlarının qorunmasında aktiv iştirakını təmin etmək, sağlam düşüncəli, rəqabətədavamlı gənclər şəbəkəsinin formalaşdırılmasına nail olmaq nəzərdə tutulub.

Təşkilatın mətbuat xidmətindən bildirilib ki, “İrəli” İctimai Birliyi “Azərbaycan Gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planının” 5.7.5. maddəsində Gənclər arasında könüllülük fəaliyyətinin daha geniş təşviq edilməsi” bəndinə uyğun olaraq Support of Azerbaijan Youth (SAY)- “Azərbaycan Gənclərinə Dəstək- Könüllülər Düşərgəsi” layihəsini həyata keçirir.

“İrəli”də yeni layihə: “SAY-Cümhuriyyət”

İnterpress.az