“Valensiya” “Atletiko Madrid” oyununda qalib müəyyənləşməyibbackend

“Valensiya” “Atletiko Madrid” oyununda qalib müəyyənləşməyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, “Mestalya” stadionunda keçirilən qarşılaşmada 1:1 hesablı heç-heçə qeydə alınıb. Oyunda hesab 26-ci dəqiqədə açılıb. Belə ki, Antuan Qrizmanın ötürməsini Angel Koreya dəyərləndirib – 0:1. Matçın 56-ci dəqiqəsində meydan sahibləri hesabı bərabərləşdirib. Rodriqo Moreno adını tabloya yazdırıb – 1:1. Qalan dəqiqələrdə hər iki komandaların cəhdlərinə baxmayaraq hesab dəyişilməyib.

Qeyd edək ki, İspaniya çempionatının ikinci turunda “Atletiko Madrid” öz meydanında “Rayo Valekano\” klubunu qəbul edəcək. “Valensiya” isə səfərdə “Espanyol” ilə üz-üzə gələcək.

İnterpress.az