“Səni milçək kimi əzəcəklər” – Mətanət Sərxanı hədələdibackend

“Səni milçək kimi əzəcəklər” – Mətanət Sərxanı hədələdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sənətçi aparıcı Sərxan Kərəmoğlunun onun ünvanına dediyi sözlərə cavab verib.

Əsədova aparıcını təhdid edib və onun ünvanına təhqirlər səsləndirib:

“Səni bağışlamayacam, axıra kimi də gedəcəm. Mənim üçün ölüsən. Kişi adına xələl gətirən, deyirsən, Azərbaycan qadınına xələl gətirən. Gedək həkimə, qadınlığımı sübut edəcəm. Amma sən kişiliyini sübut edə bilməyəcəksən. Bir gün mənə göz yaşı axıdırsan, sonra verilişinə gətirib hər yerimi öpürsən. Səhəri də efirə çıxıb fikrini dəyişirsən.

İncəsənətə murdarlıq gətirirsən, o kanaldan bura qovulursan. Deyirsən, verilişimə gəl. Ora gələnəm? Məndə abır var ey. Gör səni nə edəcəm, qanunla başına oyun açacam. Murdar, adını çəkmək istəmirəm sənin. Verilişinə getmədim deyə belə edirsən, sən aparıcısan? Nədən xəbərin var ki, sənin də verilişinə gəlim? Sən milçəksən, səni əzəcəm. Səni əzəcəklər, mən yox, başqası”.

Efirdə əsəbiləşən müğənninin mikrofonunu bağlayıblar.

Qeyd edək ki, Sərxan Mətanətin videosunu təhqir edib, onu söyüş olan məclisdə oturduğu üçün qınamışdı. (axşam.az)

İnterpress.az