Diaspor Gənclərinin I Yay düşərgəsi Şəkidə öz işini davam etdirir – FOTObackend

Diaspor Gənclərinin I Yay düşərgəsi Şəkidə öz işini davam etdirir – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, yay düşərgəsinin ikinci gününün proqramı bütünlüklə vətənpərvərlik mövzusuna həsr olunub. Təlimlərə başlamazdan əvvəl iştirakçıların diqqətinə çatdırılıb ki, 25 il əvvəl, 1993-cü il avqustun 23-də Ermənistan silahlı qüvvələri Azərbaycanın Füzuli və Cəbrayıl rayonlarını işğal ediblər. İşğal nəticəsində bu rayonların mindən çox sakini şəhid olub, yüzlərlə insan yaralanıb, əsir və itkin düşüb. İnsanlar öz ata-baba yurdlarından qovulublar, tarixi memarlıq abidələri dağıdılıb, xalqımıza məxsus maddi-mədəni irs talan edilib. Hazırda bu rayonlardan olan soydaşlarımız Azərbaycanın 50-dən çox şəhər və rayonunda məskunlaşıblar.

Düşərgənin proqramına uyğun olaraq, günün birinci yarısında əvvəlcə “Xocalıya ədalət” kampaniyası ilə bağlı təqdimat olub. Sonra düşərgə iştirakçıları Xocalı soyqırımı zamanı hər iki valideynini itirmiş gənclərlə görüşüblər. Valideynlərini itirən xocalılı gənclər Yasəmən Həsənova, Əfsanə Əkbərova, Həmayıl Xəlilova və Vəsilə Məhərrəmova müharibənin dəhşətlərindən danışıb, müharibə və sülh haqqında düşüncələrini bölüşüblər. Daha sonra görüş debat xarakteri alıb və Xocalı gəncləri iştirakçıların suallarını cavablandırıblar.

Aprel döyüşlərinin qaziləri ilə görüş də maraqlı və yaddaqalan olub. 2016-cı ilin aprel döyüşlərinin iştirakçıları Azərbaycan oğullarının qəhrəmanlıqlarından, xalqımızın mübarizə əzmindən danışıblar. Qazilər Vətənin müdafiəsi, torpaqlarımızın düşmən tapdağından azad edilməsi üçün hər an əllərindən gələni etməyə hazır olduqlarını bildiriblər.

Gün ərzində davam edən “Mənim dilim” təlimlərində düşərgə iştirakçılarına Azərbaycan dili dərsləri də keçirilib.

Bu gün Diaspor Gənclərinin I Yay düşərgəsinin rəsmi açılış mərasimi olacaq.

Diaspor Gənclərinin I Yay düşərgəsi Şəkidə öz işini davam etdirir - FOTO

Diaspor Gənclərinin I Yay düşərgəsi Şəkidə öz işini davam etdirir - FOTO

Diaspor Gənclərinin I Yay düşərgəsi Şəkidə öz işini davam etdirir - FOTO

İnterpress.az