Azərbaycan gimnastları Dünya Kubokunun qalibi olubbackend

Azərbaycan gimnastları Dünya Kubokunun qalibi olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Gimnastika Federasiyasından verilən məlumata görə, turnirdə ölkəmizi qrup proqramında təmsil edən Aliyə Paşayeva, Siyana Vasileva, Ayşən Bayramova, Diana Doman və Zeynəb Hümmətova iki ip və üç topla icra etdikləri kompozisiyaya görə iyirmi ölkə arasından finala çıxmağı bacarıblar. Qızlarımız final çıxışında isə VII yerdə (19.750 xal) qərarlaşıblar.

Qeyd edək ki, il ərzində təşkil olunmuş “Challenge” seriyasına aid bütün Dünya Kuboklarının yekun xallarına əsasən, Azərbaycanın qrup hərəkətləri komandası məhz onlara dəfələrlə medal qazandırmış iki ip və üç topla nümayişlərinə görə bütün rəqiblərini geridə qoyaraq qalib olublar.

İnterpress.az