Dado Natavanla birlikdə olduqlarını etiraf etdibackend

Dado Natavanla birlikdə olduqlarını etiraf etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az axşam.az-a istinadən bildirir ki, gecə boyunca həyat yoldaşı, reper Dado onu tək qoymayıb. Səhnə arxasında Natavanı izləyən sənətçi onu sevdiyini də etiraf edib. Dado birlikdə olduqlarini söyləyib.

Daha sonra isə reper N.Həbibinin görüntüsünü İnstaqram-ında yayımlayıb.

Qeyd edək ki, ötən ilin iyulunda evlənən Dado və Natavan 6 ay sonra ayrıldığını açıqlayıb. Daha sonra yenidən barışan cütlüyün bu birlikdəliyi də uzun çəkməmişdi. Fevralda Natavan \”Zaurla Günaydın\” proqramında ayrıldıqlarını bildirmişdi.

Ötən ay isə Həbibi saytımıza açıqlamasında rəsmi boşanma olmadığını, Dado ilə birlikdə qaldıqlarını, hər şeyin yaxşı olduğunu söyləmişdi.

İnterpress.az