“Zirə”nin baş məşqçisi istefa verdibackend

“Zirə”nin baş məşqçisi istefa verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, baş məşqçi Ayxan Abbasov öz istəyi ilə “Zirə”dən ayrılıb.

Dünən klub rəhbərliyi ilə görüşən mütəxəssis qeydə alınan nəticələri əsas gətirərək, istefasının qəbul olunmasını xahiş edib.

Ayxan Abbasov komandaya yeni nəfəsin gərəkli olduğunu bildirib. Bunları nəzərə alan klub rəhbərliyi baş məşqçinin istefasını qəbul edib.

Qeyd edək ki, ilk dəfə bu baş məşqçinin rəhbərliyi altında Avropa Liqasında çıxış edən və mərhələ adlayan Bakı klubu cari mövsüm iki tura bir xal toplayıb və sonuncu pillədə qərarlaşıb.

İnterpress.az