Məktəbli çantasının gətirdiyi faciə – Mütəxəssislərdən SOS siqnalıbackend

Məktəbli çantasının gətirdiyi faciə – Mütəxəssislərdən SOS siqnalı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yeni tədris ilinin başlanmasına artıq az qalıb. Mütəxəssislər bu səbəbdən, məktəb çantalarının ağırlığı problemini bir daha gündəmə gətiriblər.

İnterpress.az xəbər verir ki, mütəxəssislər çanta ağırlığının şagird çəkisinin 10%-indən aşağı olmasının vacibliyini düşünürlər.

İstanbul Gelişim Universiteti Fizioterapiya və reablitasiya fakültəsinin müəllimi Gülşah Kanakoğlu məktəbli çantalarının ağırlığı ilə bağlı xəbərdarlıq edərkən bildirib ki, onların həddindən artıq çəkidə olması məktəblilərdə qamət pozğunluğu yaradır:

“Bu, insana ömrü boyu fiziki və mənəvi cəhətdən öz təsirini göstərəcək problemdir. O, şagirddə əzələ ağrısı, əsəb xəstəliyi və asimetrik görünüşə səbəb olur. Bu problemin məktəb yaşlılarda ən çox təsadüf edilən forması isə skalioz və kifozdur. Skalioz zamanı şagirdin onurğası yana, kifoz zamanı isə geriyə əyilir”.

O qeyd edib ki, insan bədəninin yeniyetməlik dövründə inkişaf etdiyindən, məktəblilərdə skalioz 10 yaşından sonra ortaya çıxır: “Böyümənin daha da sürətli getdiyi gələcək dönəmdə isə daha sürətlə inkişaf edir. Bu yaş dövründə xəstəlik çox da hiss olunmadığına görə valideynlər məktəbli ikən övladlarını müalicə etdirməyə gecikirlər”.

O, orta məktəblərdə bu xəstəliyin inkişafına mütəmadi nəzarət edilməsinin vacibliyini vurğulayıb:

“İstənilən məktəbdə fizioterapevtlər tərəfindən davamlı skalioz yoxlamaları aparılmalı, xəstəlik aşkarlanan şagird üçün lazımi müalicə şəraiti yaradılmalıdır”.

Onun sözlərinə görə, orta təhsil müəssisələrində idman dərslərinin formallığı da şagirdlərdəki qamət pozuqluğuna təsir göstərir:

“Əsasən şagirdlərdə təsadüf edilən bu xəstəliyin yaranma səbəbi məktəblərdə düzgün oturuş qaydalarının olmaması, çantalarının ağırlığı, kompüter və telefonlardan sıx istifadədir. Ağır məktəbli çantaları isə xüsusilə vurğulanmalıdır. Skaliozla üzləşməmək üçün məktəbli çantalarının bədən çəkisinin 10%-dən artıq olmaması tövsiyə olunur. Bu problemin yaranma səbəbləri sırasında idman dərslərinin kifayət qədər keçirilməməsi də yer alır”.

Mütəxəssislər problemlə bağlı valideynlərə müraciət edərək şagirdlərin masa, stul, hətta klaviatura yüksəkliyini belə normada saxlamağı tövsiyə edirlər.(AzEdu.az)

İnterpress.az