Qurban Qurbanov: “Sonadək yaxşı oynadılar”backend

Qurban Qurbanov: “Sonadək yaxşı oynadılar”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Həftənin cümə axşamı klub UEFA Avropa Liqasının play-off mərhələsi çərçivəsində cavab matçında Moldovanın \”Şerif\” komandasına 3:0 hesabı ilə qalib gəlib.

\”Qarabağ\” bir həftə əvvəl Moldovada \”Şerif\”ə 1:0 hesabı ilə məğlub olmuşdu.

\”Qarabağ\” UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində Sloveniyanın \”Olimpiya\”, II mərhələdə isə Albaniyanın \”Kukesi\” komandasını mübarizədən kənarlaşdırıb. Ancaq komanda III təsnifat mərhələsində BATE (Belarus) səddini keçə bilməyərək UEFA Avropa Liqasında mübarizə aparmalı olmuşdu.

\”Şerif\”lə sonuncu oyundan sonra mətbuat konfransı keçirən \”Qarabağ\”ın baş məşqçisi Qurban Qurbanov futbolçuların oyunundan razı qaldığını bildirib: \”Sonadək yaxşı oynadılar, əsl idman xarakteri göstərdilər. Bu komanda ilə fəxr edirəm. Nəyi görmək istəyirdim, onu da gördük\”.

Bakının Tofiq Bəhrəmov adına respublika stadionunda keçirilən oyundan əvvəl isə Qurban Qurbanov \”yaxşı müdafiə olunmağı bacaran, hücumlar təşkil edə bilən rəqibə qarşı oynayacaqlarını\” bildirmişdi. O, Facebook səhifəsində \”həddindən artıq soyuqqanlı olaraq, öz oyunumuzu oynamalıyıq\” demişdi.

\”Qarabağ\” bundan qabaq UEFA-nın Çempionlar Liqasının qrup mərhələsində oynayan ilk Azərbaycan klubu olub.

Ötən ilin avqustunda Danimarkanın København klubu ilə matçdan sonra UEFA Çempionlar Liqasının qrup mərhələsinə yüksələn \”Qarabağ\” dünyanın güclü futbol komandaları: İngiltərənin \”Chelsea\”, Madridin \”Atletiko\”, İtaliyanın \”Roma\” klubları ilə rəqib olub. (bbc)

İnterpress.az