Professor: “Azərbaycan-Rusiya iqtisadi əlaqələrinin potensialı indikindən yüksəkdir”backend

Professor: “Azərbaycan-Rusiya iqtisadi əlaqələrinin potensialı indikindən yüksəkdir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan və Rusiya prezidentlərinin Soçi görüşündə iki ölkə arasında iqtisadi əməkdaşlığın prioritet istiqamətləri haqqında birgə bəyanat imzalanıb.
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədovun sözlərinə görə, iki ölkə arasındakı iqtisadi münasibətlər müsbət dinamikaya malikdir:

“Azərbaycan-Rusiya iqtisadi əlaqələri strateji xarakter daşıyır. Bu iqtisadi əlaqələrin potensialı hazırki vəziyyətindən dəfələrcə yüksəkdir. Bunun üçün hökumətlərin iqtisadi bloklarının fəaliyyəti gücləndirilməlidir. Düşünürəm ki, yaxın 5 il müddətinə ticarət dövriyyəsini 10 milyard dollara çatdırmaq mümkündür. Bunun üçün iqtisadi siyasətin koordinasiya edilmiş şəkildə həyata keçirilməsi zəruridir”. (sputnik.az)

İnterpress.az