“Astana”nın prezidentindən Qriqorçuk açıqlamasıbackend

“Astana”nın prezidentindən Qriqorçuk açıqlaması

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qol.az-ın məlumatına görə, bu sözləri Qazaxıstanın “Astana” klubunun prezidenti Sayan Xamitcanov “Sports.kz”a açıqlamasında deyib.

O, komandanı müvəqqəti olaraq tərk edən baş məşqçi Roman Qriqorçukla yolları ayırdıqları ilə bağlı yayılan xəbərləri təkzib edib: “Bunlar boş söhbətlərdir. Hər hansı bir dəyişiklik olsa, bu haqda azarkeşlərimizə məlumat verəcəyik. Onlara bildirmək istəyirəm ki, yalnız rəsmi xəbərlərə inansınlar”.

Qeyd edək ki, hazırda şəxsi işləri ilə bağlı \”Astana\”dan müvəqqəti olaraq ayrılan \”Qəbələ\”nin sabiq çalışdırıcısının Kiyev \”Dinamo\”suna keçəcəyi haqda xəbərlər yayılıb.

İnterpress.az