Müşfiq Ələsgərli: “İnternet mediasında ciddi problemlər mövcuddur”backend

Müşfiq Ələsgərli: “İnternet mediasında ciddi problemlər mövcuddur”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Uzun müddətdir ki, internet mediasında milli və dövlət maraqlarına cavab verən məsələlərin tənzimlənməsi ilə bağlı müzakirələr keçirlir”. İnterpress.az bildirir ki, bunu Mətbuat Şurasının sədrinin müavini Müşfiq Ələsgərli Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “İnformasiya, Təhlil və Planlaşdırma” İctimai birliyi tərəfindən “Müasir informasiya müharibəsi üsulları və Azərbaycanda təzahürləri” mövzusunda keçirilən tədbirdə deyib.
Müşfiq Ələsgərli bildirib ki, ənənəvi mediada bu məsələlərin tənzimlənməsi üçün bütün istiqamətlər göstərilir:

“Media ictimaiyyətin marağında olan informasiyaları tapıb çatdırmalıdır. Medianın digər funksiyası isə dövlət və hakimiyyət qurumları üzərində ictimai nəzarəti həyata keçirməkdir. Bu günün mediasında kifayət qədər şəxalənmə mövcuddur. Hazırda internet mediasında ciddi problemlər var. Xüsusən də sosial şəbəkələr üzərindən yayılan informasiyalarda. İnternetin verdiyi imkanlardan istifadə edərək, təxribatlar törədən, dövlətçiliyə, milli-mənəvi dəyərlərə qarşı qərəzli informasiyaların yayılmasına yol verilir”.

İnterpress.az