Qurban Qurbanov Avropa məşqçiləri arasında hamıdan öndəbackend

Qurban Qurbanov Avropa məşqçiləri arasında hamıdan öndə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, söhbət çalışdırdığı komandaya ən sadiq məşqçilərdən gedir.

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov sözügedən siyahıda hamıdan öndə qərarlaşıb.

Belə ki, o, Avroliqa iştirakçılarının baş məşqçiləri arasında hazırkı vəzifəsində ən uzun müddət qalan mütəxəssisdir. Qurbanov “Qarabağ”ı 2008-ci ildən çalışdırır.

2013-cü ildən Danimarkanın “Kopenhagen” klubuna rəhbərlik edən norveçli Stol Solbaken isə bu göstəricidə ikincidir.

Xatırladaq ki, Qurban Qurbanov 2017/18 mövsümündə Çempionlar Liqasının qrup mərhələsində çıxış edən komandaların baş məşqçiləri arasında da bu göstəricidə lider idi. (oxu.az)

İnterpress.az