Trampın keçmiş irqçi müşaviri ABŞ-da təşkil olunan forumdan da qovulubbackend

Trampın keçmiş irqçi müşaviri ABŞ-da təşkil olunan forumdan da qovulub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, jurnalın baş redaktoru Devid Remnik Bennonun foruma dəvət olunacağını bildirikdən sonra şou-biznesin tanınmış nümayəndələri ayağa qalxıb və dərhal həmin forumdan imtina edəcəklərini xəbər ediblər.

Remnikin planı Stiven Bennonu çağırmaqla onun liberal kəsimlərlə debatını təşkil etməkmiş. Lakin ulduzların boykot hədəsi onu bu qərarı dəyişdirməyə vadar edib. Xüsusilə aktyor Cim Kerri (Azərbaycan tamaşaçılarına \”Maska\” filmindəki rolu ilə tanışdır), prodüser Cad Apatou, aktyor və teleaparıcı Con Muleyni, komik Petton Osvald, müğənni Cek Antonoff kimi ABŞ və Kanadanın tanınmış isimləri Bennonun olduğu yerə gəlməyəcəklərini bildiriblər.

ABŞ ictimaiyyəti Stiven Bennonu ağ irqin üstünlüyü və antisemitizm ideyalaını müdafiə etdiyi üçün sevmir.

Hadisənin qəhrəmanı isə olanları sakit qarşılayıb. Lakin Bennon sosial şəbəkələrdəki tənqid dalğasına görə onun dəvətini ləğv edən Devid Remniki “zəif və “iradəsiz” adlandırmaqdan özünü saxlaya bilməyib.

Trampın keçmiş irqçi müşaviri ABŞ-da təşkil olunan forumdan da qovulub

Devid Remnik, Stiven Bennon

Qeyd edək ki, Stiven Bennon ABŞ siyasi həyatında mühüm rol oynayan şəxslərdən bir sayılır. O, 2016-cı ilin avqustunda Donald Trampın seçki qərargahına rəhbərlik edib. Məhz onun sayəsində Tramp ABŞ-da ağ seçicilərin səslərinin əhəmiyyətli hissəsini yığmağı bacarmışdı. Onun miqrasiya, xarici ticarət kimi məsələlərdə prezident üçün tərtib etdiyi strategiya respublikaçılarn namizədinin kilid ştatlarda qələbəsini təmin edib.

Lakin 2017-ci ilin avqustunda Bennonun “American Prospect” jurnalının əməkdaşı Robert Kattnerlə söhbəti üzə çıxdıqdan sonra istefaya getməyə məcbur olub.
Həmin danışıq zamanı o, jurnalistə Ağ Ev administrasyasında hər gün döyüşdüyünü və burada əsl “quzğun” (yəni radikal düşüncəli) koalisiyası yaratmaq niyyətini bildirmişdi. Bennonun bu cür mövqeyi Tramp kimi adamı belə özündən çıxarmış, sonuncu hətta onu “dəli” adlandımşdı. Bundan başqa, Stiven Bennonun prezidentin kürəkəni Cared Kuşnerlə də arasının pis olduğu məlum olub. (musavat.com )

İnterpress.az