Gürcüstanda ağır yol qəzası: 9 azərbaycanlı yaralandıbackend

Gürcüstanda ağır yol qəzası: 9 azərbaycanlı yaralandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, yolun Rustavi şəhərindən keçən hissəsində şəxsi marşrut taksisi və “Lada” markalı minik maşını toqquşub. Nəticədə 9 azərbaycanlı xəsarət alıb.

Xəsarət alanların qohumlari “Report”a bildiriblər ki, marşrut taksisində olan 8 azərbaycanlı Lecbəddin kəndindən Tbilisiyə yas mərasiminə gedirmişlər.

Xəsarət alanlar Rustavi şəhər mərkəzi xəstəxanasına yerləşdiriliblər. Qəzada xəsarət alan azərbaycanlılardan 8-i Gürcüstan, biri Azərbaycan vətəndaşıdır. Azərbaycan vətəndaşının bud-çanaq hissəsindən ağır travma aldığı bildirilir./Report/

İnterpress.az