Mona Lİzanın xəstəliyi təyin olundu – Zobu var imişbackend

Mona Lİzanın xəstəliyi təyin olundu – Zobu var imiş

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Da Vinçinin dünya şöhrətli əsərində əks olunmuş qadında qalxanabənzər vəzi çatışmazlığı var imiş.
İnterpress.az xəbər verir ki, elmi tibbi jurnalda dərc olunan məqalədə yazılıb ki, Amerikalı həkimlər portretdə əks olunan Liza Qerardinin 37 il yox, 63 il yaşadığını bildirirlər.

Tədqiqat müəllifləri əmindir ki, Lizada hipoterioz – hormonal çatışmazlıq olub. Buna sübut kimi qadının dərisinin sarımtıllığı, qaşların seyrəkliyi, başda saçların xəttinin geriyə doğru çəkilməsi göstərilir. Qadında zobun olduğuna da işarətlər tapılıb. Hipoterioz çox vaxt hamilə qadınlarda yaranır, tarix də sübut edir ki, portret oğul övladının doğulması şərəfinə çəkilmişdi.

Alimlər əmindir ki, Lizada lipid mübadiləsi pozulmuşdu və ikincili hormonal pozuntu baş vermişdi. Qadının qəribə və zəif gülüşü isə əzələ zəifliyi və motor pozğunluğuna görədir.

Bir sözlər, Liza Qerardini tipik italyan qadınının bütün çatışmazlıqlarını özündə daşıyıb: yod çatışmalığı, bitki mənşəli qidaların çoxluğu və zəif yemək.
Zob xəstəliyi Cənubi İtaliyanın bütün əsrlər boyu geniş yayıldığı xəstəlik olub. Renesans dövrünün çox rəsm əsərlərində personajlarda zob olduğu əks olunub. (Medicina.az)

İnterpress.az