Leyla Əliyeva Şamaxıya mahnı həsr etdi – VİDEObackend

Leyla Əliyeva Şamaxıya mahnı həsr etdi – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Heydər Əliyev Fondunun vitse-prezidenti, İslam Əməkdaşlıq Təşkilatı Gənclər forumunun mədəniyyətlərarası dialoqunun baş koordinatoru, Rusiyadakı Azərbaycanlı Gənclər Təşkilatının (AMOR) sədri, Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq ictimai birliyinin (IDEA) təsisçisi və sədri Leyla Əliyeva Azərbaycanın qədim şəhərlərindən biri olan Şamaxıya yeni şeir həsr edib.

İnterpress.az-ın əldə etdiyi məlumata görə, L.Əliyevanın Şamaxı şəhərinə rus dilində həsr etdiyi \”О ,ШАМАХА\” adlı şeirinin sözlərinə mahnı yazılıb.

Azərbaycanın tarixi şəhəri və dilbər guşələrindən biri olan Şamaxı şəhəri həsr edilən mahnıya klip də çəkilib. Mahnıda Şamaxı dünyanın cənnəti adlandırılıb.

Mixayıl Rəfiyev və Yulya Motorinanın ifasında səsləndirilən mahnı qısa müddətdə populyarlıq qazanıb.

Qeyd edək ki, mahnının musiqisi Rizvan Sadırxanova, aranjemanı Emilya Minyaşevaya aiddir. Klipin montajı isə Nizami Sabiroğluna məxsusdur.

İnterpress.az Leyla Əliyevanın müəllifi olduğu şeirə həsr olunan mahnının klipini oxuculara təqdim edir:

Səid Qərib
İnterpress.az