Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Maraqlı   Video  

Qusarda Sevgililər qəbiristanlığı - VİDEO

Qusarın Həzrə kəndində yerləşən qədim qəbiristanlıq digər məzarlıqlardan çox fərqlənir.

Dərc edilib: 7 sentyabr 2018 [13:27]
Baxış sayı: 3160

İnterpress.az -ın Xəzərxəbər-ə istinadən məlumatına görə, orada yastı formada olan qadın, papaq şəklində olan isə kişi qəbri olmasını nişanə verir. El arasında buraya "sevgililər qəbiristanlığı" da deyilir.
Həzrə kənd sakinlərinin sözlərinə görə, kənddə bir neçə qədim qəbiristanlıq var. Onlardan el arasında "sevgililər qəbiristanlığı" kimi bilinən bu məzarlıq diqqət çəkir. Məzarlıq haqqında deyilən ən maraqlı məlumat odur ki, burada sevgi ilə ailə qurub, ömrünün sonuna qədər ibadətlə məşğul olan ailələri dəfn ediblər.

Qadın və kişi yan-yana basdırılıb, onların yanında demək olar ki, başqa şəxslərin basdırılması qadağan olunub. Yaşlı insanların dediklərinə görə, bu qəbirlərin yaşı uzaq əsrlərə qədər gedib çıxır.

Buradakı qəbirlərin üzərində təsbeh, namaz qılmaq üçün xalça, dəstəmaz almaq üçün su qabı da əks olunub.

İnterpress.az












Oxşar xəbərlər

Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?


Cəmi səslər: 112