İlham Əliyev makedoniyalı həmkarını təbrik etdibackend

İlham Əliyev makedoniyalı həmkarını təbrik etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Təbrikdə deyilir:

\”Hörmətli cənab Prezident, ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Azərbaycan-Makedoniya münasibətləri dinamik inkişaf yolundadır. Ümidvaram ki, dostluq əlaqələrimizin daha da möhkəmlənməsi, qarşılıqlı maraq doğuran əməkdaşlığımızın inkişafı xalqlarımızın rifahına daim töhfələr verəcəkdir.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Makedoniya xalqına əmin-amanlıq və firavanlıq arzulayıram\”.

İnterpress.az