İqtisadçı: “Güzəştli mənzillər köhnə tikililərin qiymətini ucuzlaşdıracaq”backend

İqtisadçı: “Güzəştli mənzillər köhnə tikililərin qiymətini ucuzlaşdıracaq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Artıq Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) ilk layihəsi olan Yasamal Yaşayış Kompleksində mənzillərin güzəştlə satışı baş tutub.
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dosenti, iqtisad elmləri doktoru Müslüm İbrahimovun sözlərinə görə, güzəştli mənzillərin satışına başlanması mənzil bazarındakı qiymətlərə təsir edəcək:

“Bu təsir özünü yeni tikililərdə deyil, əsasən, köhnə mənzillərin qiymətində göstərəcək. Bu gün onu nəzərə almalıyıq ki, yığılmış vəsaitlər, əsasən, mənzil alınması üçün istifadə olunur. Mənzil bazarında güzəştlərin olması ümumi maraqlara daxildir. Bu bazarda hər hansı güzəştin olması trendi dəyişir”.

Prezident İlham Əliyevin 2016-cı il 16 noyabr tarixli Fərmanı ilə “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyətinin sərəncamında olan mənzillərin vətəndaşların güzəştlə əldə etməsi Qaydası” təsdiqlənib. (sputnik.az)

İnterpress.az