Yerevan qarışıb, kütləvi dava düşüb, atışma baş veribbackend

Yerevan qarışıb, kütləvi dava düşüb, atışma baş verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın paytaxtı Yerevanda 20-dən artıq şəxsin iştirakı ilə kütləvi dava faktı qeyd alınıb. İnterpress.az xəbər verir ki, hadisə \”Razdan\” stadionu yaxınlığında baş verib.

Fakt ötən gün günorta saatlarında qeydə alınıb. Qarşıdurma nəticəsində silahlar da işə düşüb. Nəticədə 26 yaşlı Robert Torosyan güllələnib. O, dərhal xəstəxanaya çatdırılıb, vəziyyəti ağır olduğundan polislərə ifadə verə bilməyib.

Hələlik hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil. Ermənistan polisi faktla bağlı araşdırmalara başlayıb. (sputnik.az)

İnterpress.az