BDU-da tələbələrin təqaüdləri niyə verilmir?backend

BDU-da tələbələrin təqaüdləri niyə verilmir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Saytımıza daxil olan məlumata görə, BDU-nun sonuncu IV kurs tələbələri iki aydır təqaüd ala bilmirlər. Aprel və may aylarının təqaüdlərininin niyə gecikdirilməsi barədə isə onlara heç bir məlumat verilmir.

İnterpress.az xəbər verir ki, BDU rektorunun maliyyə məsələləri üzrə müşaviri Məzahir Pənahov azvision.az-a açıqlamasında faktı qismən təsdiqləyib.

“Aprel ayının təqaüdlərində gecikmə yoxdur. Amma IV kurs tələbələri may ayının 29-da sonuncu imtahanı veriblər və onların imtahan nəticələri Təqaüd komissiyasında təhlil olunur. Məhz buna görə bütün IV kursların universitet üzrə təqaüdləri verilməyib. Onların təqaüdləri iyun ayının ilk on günlüyünə qədər veriləcək”-deyə Məzahir Pənahov bildirib.

İnterpress.az