Azərbaycanda fəhlə yataqxanasında yanğın – 4 nəfər zəhərləndibackend

Azərbaycanda fəhlə yataqxanasında yanğın – 4 nəfər zəhərləndi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mingəçevir şəhərində fəhlə yataqxanasında yanğın baş verib.

İnterpress.az \”Report\”a istinadən xəbər verir ki, hadisə yataqxananın birinci mərtəbəsində qeydə alınıb.

Hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin 2 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Yanğın lokallaşdırılıb və tüstüdən zəhərlənən 4 sakinə hadisə yerindəcə ilkin tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

İnterpress.az