Şagird və müəllimələrə qeyri-rəsmi hicab qadağası? – “Bu ölkə başçısının siyasətinə ziddir” – Açıqlamabackend

Şagird və müəllimələrə qeyri-rəsmi hicab qadağası? – “Bu ölkə başçısının siyasətinə ziddir” – Açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi Qazaxıstanda məktəblilərin hicabla məktəbə daxil olmasına qadağa qoyulub. Bəzi hallarda ölkəmizdə də belə bir halların yaşanmasının şahidi olmuşuq.

Hazırda Azərbaycanda fəaliyyət göstərən təhsil müəssisələrində hicab qadağası varmı? Qanun şagirdlərin, eləcə də tələbələrin hicab geyinməsini hansı formada tənzimləyir?

Məsələ ilə bağlı danışan təhsil eksperti Kamran Əsədov bəzi məktəb direktorları qeyri-rəsmi formada şagirdlərin hicabla məktəbə daxil olmasına qadağa qoyduğunu bildirib.

O qeyd edib ki, bu məsələdə həmin məktəb direktorları barədə adekvat addımın atılmır, direktorların bu qanunsuz əməlinin ölkə prezidentinin siyasətinə ziddir:

“Azərbaycan Respublikasının Konstitusiyası Azərbaycan ərazisində ən yüksək hüquqi qüvvəyə malikdir. Konstitusiyada göstərilir ki, hər bir kəsin vicdan və etiqad azadlığı var. Heç bir halda bu məhdudlaşdırıla bilməz. Yalnız hərbi ilə bağlı keçirilən müəyyən dövlət tədbirləri var ki, orda müəyyən qədər məhdudlaşdırma ola bilər. Amma 2009–cu ildə qəbul edilmiş “Təhsil haqqında qanun”da, 2011-ci ildə qəbul edilmiş “Orta məktəblilərin nümunəvi nizamnaməsi”ndə hicabla, və yaxud da başörtüyü ilə bağlı hərhansı bir məhdudiyyət nəzərdə tutulmayıb. Hətta məktəb ərazisində ən yüksək hüquqi qüvvəyə malik olan orta məktəblilərin Nizamnaməsi əsasında pedoqoji şura belə hicabla məktəbə daxil olma ilə bağlı mexanizm tətbiq edə bilməz.

Düzdü, Azərbaycanda zaman-zaman istər orta ümümtəhsil məktəblərdə, istərsə də ali məktəblərdə belə məsələ gündəmə gəlir ki, hicabla kimlərinsə daxil olmasına qadağa qoyulur. Amma heç kimin ixtiyarı yoxdur ki, hicaba görə şagirdin məktəbə girişinə qadağa qoysun. Bu il müəllimlərin işə qəbulunda yüksək bal toplayan hicablı müəllimlərin işə qəbulunda problem yaşadığının şahidi olduq. Onlar apelyasiyaya verdilər, lakin apelyasiyada da onların şikayət və müraciətləri təmin olunmadı. Təəsüf ki, qeyri-rəsmi formada müəyyən direktorlar bu məsələdə adekvat addım atmırlar. Şagirdlərin hicabla məktəbə girişinə qadağa qoyurlar. Halbu ki, bu ölkə prezidentinin siyasətinə ziddir. Burada tövsiyyə olunur ki, məktəbli forması təyin olunarkən baş örtüyü də müəyyən qədər nəzərə alınsın. Baş örtüyü elə formada olsun ki, məktəbli forması ilə ümumi dizayn təşkil etsin. Yaxşı olar ki, məktəblər də forma müəyyənləşdirərkən digər forma kimi hicabı nəzərə alsınlar. Düzdü, bu gün vahid məktəbli formasında hicab nəzərdə tutulmasa da, ümumi dizaynı pozmadan hicabla məktəbə daxil ola bilərlər. Azərbaycan qanunvericiliyində bununla bağlı hərhansısa məhduduiyyət nəzərdə tutulmayıb”.(bizimyolinfo)

İnterpress.az