Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla


9 müəllim işdən çıxarıldı, 18 direktor məsuliyyətə cəlb olundu - Nazir müavini

Bakıda 18 təhsil müəssisəsinin rəhbəri intizam məsuliyyətinə cəlb olunub.

Dərc edilib: 12 sentyabr 2018 [17:06]
Baxış sayı: 65830

"Ötən tədris ilində 10 təhsil müəssisəsinin rəhbəri vəzifəsindən azad edilib".

İnterpress.az xəbər verir ki, bunu təhsil nazirinin müavini, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri vəzifələrini icra edən Məhəbbət Vəliyeva Bakı şəhəri təhsil işçilərinin ənənəvi sentyabr konfransında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, ötən tədris ilində BŞTİ-nin bir əməkdaşı, 20 direktor müavini, 9 müəllim, 1 kitabxana müdiri işdən çıxarılıb: "Eyni zamanda, 2 BŞTİ əməkdaşı, 18 təhsil müəssisəsinin rəhbəri, 32 direktor müavini, 54 müəllim, BŞTI-yə tabe struktur bölmələrinin 6 əməkdaşı intizam məsuliyyətinə cəlb olunub".

M.Vəliyeva əlavə edib ki, BŞTI-yə tabe struktur bölmələrinin 30 əməkdaşı, 27 təhsil müəssisəsinin rəhbəri, 11 direktor müavini, 40 müəllimə isə xəbərdarlıq edilib.

İnterpress.az










Oxşar xəbərlər

Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?


Cəmi səslər: 112