Azərbaycanda bu abituriyentlər imtahansız ali məktəbə qəbul olunacaqlarbackend

Azərbaycanda bu abituriyentlər imtahansız ali məktəbə qəbul olunacaqlar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

\”Beynəlxalq olimpiada və respublika fənn olimpiadalarının qaliblərinin ali məktəblərə müsabiqədənkənar qəbulu növbəti qəbul kampaniyasında həyata keçiriləcək\”.

İnterpress.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında təhsil naziri Ceyhun Bayramov deyib.

Onun sözlərinə görə, \”Təhsil haqqında\” qanuna edilən son dəyişikliklərə əsasən, beynəlxalq olimpiada və respublika fənn olimpiadalarının qalibləri ali məktəblərə müsabiqədənkənar qəbul olunacaqlar: \”Hazırda Təhsil Nazirliyi müvafiq qurumlarla birlikdə qəbulla bağlı qaydaların hazırlanması üçün iş aparır. Nazirlər Kabineti qaydaları təsdiqlədikdən sonra – növbəti qəbul kampaniyasında bu qaydalardan istifadə ediləcək\”.

İnterpress.az