Azərbaycanın adını ucaldanlara dövlət dəstək verməlidirmi?..backend

Azərbaycanın adını ucaldanlara dövlət dəstək verməlidirmi?..

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son illər azərbaycanlıların dünyanın müxtəlif ölkələrində istər siyasi arenada, istər sosial-iqtisadi sahədə, istərsə də mədəniyyət aləmində adını duyurması geniş vüsət alıb. Onlar öz işgüzarlıqları və bacarıqlarını ortaya qoyaraq dövlətimizin adını ucaldırlar.

Bəs ölkə xaricində bu qədər uğur qazanan həmvətənlərimiz dövlətdən dəstək görməlidir? Onların əməyi dövlət tərəfindən necə qiymətləndirilməlidir?

İnterpress.az xəbər verir ki, Musavat.com məsələ ilə bağlı Azərbaycan Diasporu İnformasiya Mərkəzinin sədri Toğrul Allahverdilinin fikirlərini öyrənib.

O, bildirib ki, sözügedən azərbaycanlılar maddi dəstək deyil, diqqət umur: \”Dünyada ən güclü diaspora erməni və yəhudi diasporasıdır. Bu bəlli haldır. Heç bir erməni və ya yəhudi uğur əldə edəndə demir ki, mənə dövlətim dəstək versin. Bu uğuru dövlətinin adına həmin şəxslər qazanırlar. Bizim də diasporamızın zəif olmasının başlıca səbəbi gördüyümüz işlərə görə dövlətdən dəstək ummaqdır. Biz işi qarşılıq görərək görmək istəyirik. Böyük layihə həyata keçirəndə deyirik ki, Azərbaycan dövləti, prezidenti və ya Diaspora Dövlət Komitəsi dəstək olmalıdır və ya təşəkkür etməlidir. Sabir Rüstəmxanlının gözəl sözü var. Deyir ki, diaspora işi könül işidir. Gözlənti olacaqsa, diaspora işi olmayacaq.

Azərbaycanın adını ucaldanlara dövlət dəstək verməlidirmi?..

Bu yaxınlarda İsveçdə iki xanımımız millət vəkili seçildi. Rusiyada millət vəkili seçilən həmvətənimiz də var. Bunlar gözəl uğurdur. Biz onlara dəstək olmalıyıq. Onların bizlərdən umacağı yeganə şey diqqətdir. Bizdən maddi dəstək ummurlar. Maddi yardım göstərilməsi yaşadıqları ölkənin qanunlarına da ziddir. Son illər Diaspora Dövlət Komitəsi həmvətənlərimizin uğurları ilə bağlı mətbuata məlumatlar ötürür, press-relizlər yayırlar. Həmvətənlərimizin uğurunu işıqlandırılmasına can atırlar. Mətbuatımız da bu işdə maraqlıdır. Onlar da bu işləri qiymətləndirib, işıqlandırırlar. Gələcəkdə ola bilər ki, həmin insanlar medallarla təltif olunsun. Bu onlara stimul verəcək. Həqiqətən də diaspora işi könül işidir. İnsanlara diqqət göstərilsə, daha böyük uğurlar əldə edərlər”.

İnterpress.az