Keçən il ruhi xəstəxanaya yerləşdirilən məşhur vəfat etdi – FOTObackend

Keçən il ruhi xəstəxanaya yerləşdirilən məşhur vəfat etdi – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu barədə əməkdar artist Elxan Rza sosial şəbəkədə məlumat verib.

Ə.Ziyadxanov 1946-cı ildə Bakıda anadan olub. Uşaqlıqdan sənətə meyil edib. Aktyor uzun müddət Şəki, Ağdam və Bakı Bələdiyyə teatrlarında rejissor və baş rejissor vəzifələrində çalışıb.

Tamaşalarının çox hissəsi Azərbaycan televiziyasının qızıl fondundadır. Eyni zamanda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində müəllim kimi fəaliyyət göstərib. Ə.Ziyadxanovun Bakı Bələdiyyə teatrında səhnələşdirdiyi Aqşin Babayevin \”Oğul\” əsəri \”Dərviş\” mükafatına layiq görülüb.

Məlumat üçün bildirək ki, Ziyadxanov ötən ilin iyun ayında ruhi xəstəxanaya yerləşdirilmişdi. Bildirilmişdi ki, o, 30 il əvvəli xatırlayır, yaddaşında problem meydana gəlir. Evdə qalması özü və ailəsi üçün həyati təhlükəlidir.

Keçən il ruhi xəstəxanaya yerləşdirilən məşhur vəfat etdi - FOTO

İnterpress.az