Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla


“Əri necə öldürməli” əsərinin müəllifi ərini öldürdü

Amerikalı yazısı, məhəbbət romanlarının müəllifi olan Nensi Krempton Brofi ərinin qətlində şübhəli bilinir.

Dərc edilib: 13 sentyabr 2018 [14:39]
Baxış sayı: 3627

63 yaşlı Deniel Brofi iyunun 2-də Oreqon kulinar institutunun mətbəxində güllələnib. Kişi həmin məktəbdə müəllim işləyirmiş.

Qətldən sonrakı gün yazıçı qadın özünün “Facebook” səhifəsində yazıb: “Acı xəbər. Ərim və ən yaxın dostum dünən səhər öldürülüb. Baş verənlərdən baş çıxarmaq mənimçün çətindir”.

Mənbə bildirir ki, 2011-ci ildə Brofi “Əri necə öldürməli” adlı vəsait yazıb və həmin əsər “See Jane Publish” saytında yerləşdirilib. Vəsaitdə ərin öldürülməsi üçün mümkün motivlər və silah növlərinin təsviri əksini tapıb. Hazırda həmin vəsait saytdan silinib. (Virtualaz.org)

İnterpress.az










Oxşar xəbərlər

Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?


Cəmi səslər: 112