Bakıda “Qafqaz İslam Ordusu və Bakının qurtuluşu” mövzusunda tədbir keçirilirbackend

Bakıda “Qafqaz İslam Ordusu və Bakının qurtuluşu” mövzusunda tədbir keçirilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az- ın məlumatına görə Azərbaycan Türkiyə Evi ( ATEV), Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM), İstanbul Türkiyə-Azərbaycan Dərnəyinin təşkilatçılığı ilə “Qafqaz İslam Ordusu və Bakının qurtuluşu” mövzusunda tədbir keçirilir.

Tədbir Bakının erməni-bolşevik birləşmələrindən azad olunmasının 100-cü ildönümünə həsr olunub.

Tədbirdə Mətbuat Şurasının sədrİ Əflatun Amaşov, ATEV sədri Tənzilə Rüstəmxanlı, ATXƏM sədri İlham İsmayılov, USTAD başqanı Səfər Karakoyunlu,Milli Məclisin deputatı Qənirə Paşayeva, Tarixçi alim Nəsiman Yaqublu,Milli QHT Forumunun prezidenti Rauf Zeyni, İSTAD-Türkiyə Azərbaycan Dərnəyinin təmsilçiləri və başqaları iştirak edirlər. Çıxış edənlər Qafqaz İslam Ordusunun tarixi missiyasının təqdimatındakı spesifik məqamlardan söz açıblar. Natiqlər, həmçinin Bakının erməni-daşnak işğalından qurtulmasında fədakarlığı ilə seçilmiş Nuru paşanın adının əbədiləşdirilməsinin zəruriliyini vurğulayıblar. Konfrans iştirakçıları bununla bağlı ölkə rəhbərliyinə müraciət edilməsini məqsədəuyğun sayıblar.

Bakıda “Qafqaz İslam Ordusu və Bakının qurtuluşu” mövzusunda tədbir keçirilir
Bakıda “Qafqaz İslam Ordusu və Bakının qurtuluşu” mövzusunda tədbir keçirilir

Toğrul Allahverdili
İnterpress.az