Tənzilə Rüstəmxanlı: “Nuru Paşaya heykəl qoyulmasına əngəl törədənlər rus-erməni-bolşevik zehniyyətinin tör-töküntüləridir”backend

Tənzilə Rüstəmxanlı: “Nuru Paşaya heykəl qoyulmasına əngəl törədənlər rus-erməni-bolşevik zehniyyətinin tör-töküntüləridir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tənzilə Rüstəmxanlı: “İlk öncə, biz bunu düşünməliyik ki, Türk İslam Ordusu işğalçı ordu idi, yoxsa, qurtarıcı? Bununla yanaşı, onlar niyə gəlmişdi? Biz onlar üçün kim idik?”

“Azərbaycan-Türkiyə münasibətləri deyəndə bizim gözümüzün önünə 1918-ci ildə bugünki Şəhidlər Xiyabanında uyuyan, Nuru Paşanın 1100 əsgəri, Bakının qurtuluşu, son illərdə üzə çıxan, aşkar edilən Quba şəhidliyi gəlir”.

İnterpress.az xəbər veri ki, bu fikirləri bu gün Azərbaycan Türkiyə Evi ( ATEV), Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM), İstanbul Türkiyə-Azərbaycan Dərnəyinin təşkilatçılığı ilə “Qafqaz İslam Ordusu və Bakının qurtuluşu” mövzusunda keçirilən tədbirdə ATEV sədri Tənzilə Rüstəmxanlı deyib.

T.Rüstəmxanlı bəzilərinin Türk İslam Ordusunu işğalçı adlandıranlara görə təəssüfləndiyini bildirib: “Çox təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, həm o dönəmdə, həm də Sovet dönəmində Azərbaycana Quba soyqırımını, 1918-ci il Mart soyqırımını yaşadan rus-erməni-bolşevik zehniyyətinin töküntüləri olan yazarlar, şairlər və bu gün də bir çox fikir adamları Türk İslam Ordusunu işğalçı adlandırır. Necə ki, Türkiyədə HDP-dən olan bir millət vəkili “Ənvər Paşa soyqırımçı qatildir” deyə, bir məqalə yazıb. Bunu ona görə deyirəm ki, bu cür zehniyyət sahibləri içimizdə mövcuddur”.

ATEV sədri Qafqaz İslam Ordusunu işğalçı adlandıran zehniyyətlərə qarşı mübarizə aparmaq üçün onların qarşısında Azərbaycan və Türkiyə olaraq birlikdə dayanmağı qeyd edib: “Bu kimi tədbirlərin mahiyyəti və əhəmiyyəti ona görə çox önəmlidir ki, bu günə qədər yaşadılan bu zehniyyətin qarşısında Azərbaycan və Türkiyə olaraq birlikdə dayana bilək. Ona görə də bu kimi fikirlərin olmaması üçün tez-tez tədbirlər keçirmək lazımdır. Təbii ki, bütün bu tədbirlərin əhəmiyyəti o zaman gerçəkləşər ki, nəticəsi olsun”.

T.Rüstəmxanlı Nuru Paşanın xatirəsinə Azərbaycanda heykəl ucaldılmasını bir daha təklif edib. Onun bu təklifi tədbir iştirakçıları tərəfindən alqışla qarşılanıb. O bildirib ki, Nuru Paşaya heykəl ucaldılması təklifini əvvəllər də irəli sürüb: “Biz deyirdik ki, Nuru Paşaya Azərbaycanın ən görkəmli yerində bir heykəl ucaldılsın. Biz bunu dedik və hesab etdik ki, 100 illik münasibəti ilə həyata keçirilər bu təklif. Amma bu da olmadı. Əminəm ki, Prezidentimiz bunu cani-könüldən istəyər. Çünki o, hər zaman Türkiyənin yanında olub. Bununla yanaşı, Türkiyə hansısa konfransda, tədbirdə olmayanda da, Cənab Prezidentimiz “Mən burdayam” deyən bir dövlət başçısıdır. Deməyim odur ki, Nuru Paşaya heykəl ucaldılmasına icazə verməyən də yenə də erməni-rus-bolşevik- işğalçı zehniyyətinin tör-töküntüləridir. Onlar biz Türkiyə türkcəsində yazanda, danışanda “Niyə türkcə danışırsız, yazırsız” deyə bizə irad tuturlar. İnşallah, onlardan bu ölkə qurtulacaq”.

“Mən bu sahədə gördüyümüz işləri sadalamaq istəmirəm. Təkcə onu deyim ki, Nuru Paşa və ordusu ilə bağlı həm Azərbaycanda, həm də Türkiyədə ilk konfransı həyata keçirən təşkilatın rəhbəriyəm” – deyə, ATEV sədri çıxışının sonunda əlavə edib.

Tənzilə Rüstəmxanlı: “Nuru Paşaya heykəl qoyulmasına əngəl törədənlər rus-erməni-bolşevik zehniyyətinin tör-töküntüləridir”

Qeyd edək ki, Bakıda Beynəlxalq Mətbuat Mərkəzində Bakının işğaldan azad olunmasının 100 cü il dömümü qeyd edilib. Tədbirdə Mətbuat Şurasının sədri Əflatun Amaşov, ATEV sədri Tənzilə Rüstəmxanlı, ATXƏM sədri İlham İsmayılov, USTAD başqanı Səfər Karakoyunlu,Milli Məclisin deputatı Qənirə Paşayeva, Tarixçi alim Nəsiman Yaqublu,Milli QHT Forumunun prezidenti Rauf Zeyni, İSTAD-Türkiyə Azərbaycan Dərnəyinin təmsilçiləri və başqaları iştirak ediblər.

İnterpress.az