Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla


“Ketchi” şirkəti Qida Təhlükəsizliyi Agentliyinin iradları ilə razıdır? - AÇIQLAMA

Qida Təhlükəsizliyi Agentliyi “BMS Aqro” MMC tərəfindən istehsal olunmuş və satış şəbəkələrində “Ketchi” əmtəə nişanı altında satılan “Qarabağ motal pendiri” və şor məhsulunun satışının dayandırılması ilə bağlı xəbərdarlıq edib.

Dərc edilib: 13 sentyabr 2018 [17:34]
Baxış sayı: 1543

Agentlik bildirib ki, aparılan müayinələr nəticəsində həmin məhsullarda bakterioloji çirklənmə faktı aşkar olunub.

İnterpress.az xəbər verir ki, məsələ ilə bağlı “Ketchi”dən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Qida Təhlükəsizliyi Agentliyi tərəfindən xəbərdarlıq alıblar:

“Şirkətin “Uyğunluq” və “Gigiyenik” sertifikatlarının müddəti bitib. Bununla əlaqədar Qida Təhlüəsizliyi Agentliyilə şirkətimiz arasında anlaşılmazlıq olub. Keçi südündən nümunələr götürülüb və laboratoriyaya göndərilib. Hazırda məhsullarımızı vitrinlərdən yığırıq ki, müştərilərimizlə də hər hansı problem yaşamayaq. Məhsullarımız laboratoriyadadır və cavabları gözləyirik”.

Eyni zamanda bildirilib ki, şirkət “Uyğunluq” və “Gigiyenik” sertifikatların yenilənməsilə bağlı sənədləri Qida Təhlükəsizliyi Agentliyinə təqdim edib.

İnterpress.az










Oxşar xəbərlər

Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?


Cəmi səslər: 112