Bakıda ana və atasını vəhşicəsinə döyən narkoman oğula cəza kəsildibackend

Bakıda ana və atasını vəhşicəsinə döyən narkoman oğula cəza kəsildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə tələb etmə və qanunsuz olaraq odlu silah saxlamaq ittihamları ilə həbs edilən 1984-cü il təvəllüdlü Piriyev Namiq Qulu oğlunun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən məhkəmə iclasında hökm oxunub. Hökmə əsasən Namiq Piriyev 6 il müddətinə azadlıqdan məhrum edilib.

Təqsirləndirilən şəxsin anası Kəmalə Piriyeva və atası Qulu Piriyev övladlarından şikayətçi olduqlarını deyiblər. Zərərçəkmiş ana Kəmalə Quliyeva deyib ki, oğlu Natiq narkomandır, nə etdiyini bilmir: \”Həmin vaxt ölüm hadisəsi də ola bilərdi. O, hamı üçün təhlükədir. Dəfələrlə onu müalicəyə göndərmişik. Əlimizdən gələni etmişik. Sağaltmağa, bu yoldan çəkindirməyə çalışdıq. Bir valideyn kimi əlimizdən gələn hər şeyi etdik. Amma olmadı, bir cinayətkara çevrildi. Həm bizə, həm də ətrafdakılara zərər verdi. Mən sizi əmin edirəm ki, bu nə ailə münaqişəsi, nə də mülki məsələdir. Artıq bacara bilmirik\”.

Natiq daha əvvəl də narkotik və qanunsuz olaraq odlu silah saxlamaq ittihamları ilə məhkumluq həyatı yaşayıb. Məlumata görə, Natiq Piriyev dəfələrlə özünə xəsarətlər yetirib, qollarına və bədənin müxtəlif nahiyələrinə xəsarətlər yetirib. Sonuncu dəfə həbsxanada boyun nahiyyəsinin kəsərək özünə xəsarət yetirib.

İttihamda yazılır ki, Namiq Piriyev dəfələrlə ata və anasını döyüb, onlara hədə-qorxu gələrək yaşadıqları evi satmalarını, ona pul vermələrini tələb edib. 34 yaşlı Namiq ana və atasını öldürməklə, qəsdən sağlamlıqlarına ağır xəsarət yetirməklə hədə-qorxu gəlib. (Musavat.com)

İnterpress.az