Kosovoya icazə verildi – Vizasız…backend

Kosovoya icazə verildi – Vizasız…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qərar bu gün Avropa Parlamentinin İcraiyyə Komitəsi tərəfindən incələnib və yekun səsvermə keçirilib.

Qanun layihəsi 420 lehinə, 186 əleyhinə və 22 bitərəf səslə qəbul edilib. Beləliklə, bundan sonra kosovolular Avropa İttfaqına daxil olan ölkələrə 90 gün müddətində vizasız səyahət edə biləcəklər.

Avropa İttifaqının qaydalarına görə, vizasız səyahətdən istifadə etmək istəyənlərin biometrik vəsiqələri olmalıdır. Kosovo Avropa İnteqrasiya naziri Dhurata Hoxha bildirib ki, ilin sonuna qədər vizasız səyahət başlayacaq.

Qeyd edək ki, Kosovo Aİ ölkələrinə vizasız səyahət haqqı əldə etməyən sonuncu Balkan ölkəsi idi. Makedoniya, Monteneqro və Serbiya 2009-cu ildə, Bosniya və Hersoqovina, həmçinin Albaniya 2010-cu ildə bu hüquqa yiyələnmişdi.

Kosovo 2012-ci ildən etibarən bu hüququ əldə etmək üçün 95 kriteriyanı yerinə yetirmək üçün hazırlıqlara başlamış, nəhayət ötən ay tamamlamışdı.

İnterpress.az