Rusiyada azərbaycanlıdan rüşvət alan polis zabiti həbs olundubackend

Rusiyada azərbaycanlıdan rüşvət alan polis zabiti həbs olundu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya İstintaq Komitəsi Peterburqun Frunzensk rayonunun 27-ci polis bölməsinin 36 yaşlı rəis müavini, polkovnik-leytenant Adrey Qubini iki sutka müddətinə həbs edib. Ona qarşı külli miqdarda rüşvət alma maddəsi ilə ittiham irəli sürülüb.

\”Fontanka” nəşri xəbər verir ki, polkovnik-leytenant qaçırılan avtomobilin geri qaytarılması zamanı 200 min rubl (2875 dollar) rüşvət alıb.

Məlumatlara görə, o, sentyabrın 11-i, yerli vaxtla 20:00-da bölmə yaxınlığında Peterburq sakini ilə görüşüb. O, rüşvəti öz avtomobilində qəbul edib. İstintaqdan bildirilib ki, bu pulu Qubin azərbaycanlıdan onun \”Toyota Camry” avtomobilini geri qaytardığı üçün alıb.

Əməli sübuta yetirilərsə, Qubin vəzifəsindən azad ediləcək, onun tabeliyində olan şəxslər isə intizam məsuliyyətinə cəlb olunacaqlar.(musavat.com)

İnterpress.az