Tanınmış azərbaycanlı aparıcı vəfat etdi – FOTObackend

Tanınmış azərbaycanlı aparıcı vəfat etdi – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tanınmış telejurnalist Nigar İsmayılqızı vəfat edib.

İnterpress.az xəbər verir ki, aparıcı bu gün səhər saatlarında 34 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, N.İsmayılqızı Leykoz (qan xərçəngi) xəstəliyindən əziyyət çəkirdi.

Xatırladaq ki, İsmayılova Nigar İsmayıl qızı 1984-cü il sentyabrın 13-də Şabran şəhərində doğulub. Bakı Dövlət Universitetinin Filologiya fakültəsini bitirib. Odlar Yurdu Universitetinin Jurnalistika fakültəsində müəllim işləyib. N.İsmayılqızı bir müddət əvvəl “Space” TV və AZTV-nin Xəbərlər Departamentində çalışıb. Daha əvvəllər isə ATV-nin Xəbərlər Departamentində redaktor olub. Türkiyənin “GEM.AZ1” Televiziyasında iqtisadiyyat xəbəri aparıcısı kimi çalışıb. Onlarla publisistik məqaləsi müxtəlif mətbu orqanlarda dərc edilib. O, Azərbaycan Yazıçılar Birliyinin üzvü və Prezident təqaüdçüsüdür. 2015-ci ilin dekabr ayında AYB kitab layihəsi çərçivəsində “Pamukun qonşusu” adlı esselərdən ibarət ilk kitabı çapdan çıxıb. Həmçinin “Bakıdan Nazim keçdi” adlı sənədli filmə ssenari yazıb, film çəkib. Ardınca “Nazimin Bakı izləri”, \”Ölsəm yaşat” adlı sənədli filmləri təqdim olunub.

2016-ci ilin dekabrında 36-ı xüsusi müsahibədən ibarət “Bakıdan İstanbulacan və dönüş” adlı kitabı işıq üzü görüb. 2017-ci ldə Qarabağ müharibəsinə həsr olunan “Savaşçı”(aprelin izi ilə…) adlı kitabı çap olunub. Müxtəlif dövlət və özəl qurumlarla, o cümlədən Heydər Əliyev Fondu ilə əməkdaşlıq edib.

Allah rəhmət eləsin!

İnterpress.az