Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla


DGK corablarından 10 ədəd mobil telefon çıxan vətəndaşı saxladı - VİDEO

Azərbaycan vətəndaşının corablarından 10 ədəd mobil telefon çıxıb.

Dərc edilib: 14 sentyabr 2018 [11:45]
Baxış sayı: 895

Dövlət Gömrük Komitəsinin (DGK) Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları ölkə ərazisinə qanunsuz yolla mobil telefonların gətirilməsi cəhdinin qarşısını alıblar.

Bu barədə İnterpress.az-a DGK-dan məlumat verilib.

Məlumata görə, Dubay-Bakı aviareysilə gələn Azərbaycan vətəndaşı gömrük nəzarətindən keçərkən müvafiq qaydada sorğu-sual edilib. Vətəndaş özü ilə gətirdiyi 1 ədəd televizor, 2 ədəd noutbuk və 1 ədəd mobil telefondan başqa mütləq qaydada bəyan edilməli malların olmadığını bildirib.

Lakin vətəndaşın əl yükü rentgen aparatından keçirilərkən, monitorda mobil telefon qutularının təsvirləri görünüb. Bu səbəbdən yük təkrar yoxlanılıb. Vətəndaş əl yükündə gizlətdiyiboş mobil telefon qutuları barəsində sorğu-sual edilərkən isə həmin qutuların içərisindəki telefonların Bakı şəhərində olduğunu bildirib. Daha sonra vətəndaşın üzərində şəxsi yoxlama aparılıb.

Nəticədə, həmin şəxsin corablarının içərisində sellofanlara bükülərək gömrük nəzarətindən gizlədilmiş, hər ayağında 5 ədəd olmaqla, cəmi 10 ədəd "İphone X 64 GB" markalı mobil telefon aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

İnterpress.az












Oxşar xəbərlər

Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?


Cəmi səslər: 112