Bakı metrosunda qatar tuneldə qalıbbackend

Bakı metrosunda qatar tuneldə qalıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bir qədər əvvəl \”Bakı Metropoliteni\” QSC-nin “Xətai” və “Cəfər Cabbarlı” stansiyaları arasında hərəkət edən qatar tuneldə qalıb.

Qurumun mətbuat xidmətindən İnterpress.az-a verilən məlumata görə, ləngmə təxminən 20 dəqiqə davam edib.

\”Ayda 2 dəfə metronun diaqnostika kompleksi dəmir yolu xətlərini yoxlayır. Bu dəfə kompleksi saat 10:53-də xəttə buraxılıb. Yoxlama zamanı həmin xətt üzrə hərəkət edən qatar dalana verilib. Bu proses təxminən 10-12 dəqiqə çəkir. Amma dalana verilən qatarda nasazlıq aşkar edildiyindən xəttə ehtiyat qatar buraxılıb. Bu stansiyalar arasındakı interval 8 dəqiqədir. Hadisə nəticəsində intervalla birgə fasilə 20 dəqiqəyə çatıb” – deyə, məlumatda bildirilir.

İnterpress.az