Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla


Qanunsuz ov edən 35 nəfər saxlanıldı

Azərbaycanda qanunsuz ov edən 35 nəfər saxlanılıb.

Dərc edilib: 14 sentyabr 2018 [12:50]
Baxış sayı: 1136

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları “Ovçuluq haqqında” və “Heyvanlar aləmi haqqında” qanunların tələblərinə riayət olunması vəziyyətinin araşdırılması məqsədilə mütəmadi reydlər keçirir.

Bu barədə İnterpress.az-a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, 2018-ci ilin son üç ayı ərzində keçirilən reydlər zamanı ölkədə ərazisində icazəsiz ov edən 35 nəfər saxlanılıb. Onlardan 29 ov tüfəngi, patron və müxtəlif ov alətləri götürülüb.

Təqsirkarlara qarşı protokollar tərtib edilərək ümumilikdə 40441 manat məbləğində cərimə tətbiq olunub.

İnterpress.az










Oxşar xəbərlər

Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?


Cəmi səslər: 112