40 günün tamamında ailəsindən bir nəfər ölür – Azərbaycanda lənətlənmiş ailə – VİDEObackend

40 günün tamamında ailəsindən bir nəfər ölür – Azərbaycanda lənətlənmiş ailə – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Space TV-də efirə gedən \”Gəl dərdini danış\” verilişində müəmmalı məqamlar ortaya çıxıb.

İnterpress.az minval.info-ya istinadla xəbər verir ki, verilişə müraciət edən Yetər xanımın açıqlamaları hər kəsi göz yaşına boğmaqla bərabər həm də heyrətləndirib. O, iddia edib ki, bacısı oğlu evdən oğurluq edib. Daha sonra bunu sübut etmək istəyəndə qarşı tərəflə əlaqələr pozulub.

Ardınca qapısının ağzından torpaq topaları tapan xanım bildirib ki, nə olursa bundan sonra olur. Hər 40 gündən bir ya yaxınını itirir, ya da hansısa faciə olur: \”Nəvəm öldü, 40 gün sonra oğlum çadır arxasınca gedəndə qəza keçirdi. Düz 40 gün sonra qızım evdə yıxılaraq xəsarət aldı. 40 gün sonra oğlum qəzaya düşdü. Bundan 40 gün sonra yenə də qızım xəstəxanalıq oldu. Növbəti 40 gün sonra mən və qızım zəhərləndik\”.

Bu tipdə danışığa davam edən xanım göz yaşlarını saxlaya bilməyib. Daha sonra xanım cinayətin təfəruatlarını da danışıb: \”Mən oğurluq hadisəsi olan günü gülüş səsindən bildim ki, bu mənim doğma bacım oğludur. Evdə qalmağa qorxuram. Gecəm gündüzüm yoxdur. Tez-tez qapım ya da pəncərəm döyülür. Utanıram, polisə xəbər verməyə. Hər dəfə qorxudan zəng edirəm, gəlib baxırlar ki, heç kim yoxdur\”.

Xanımın iddiaları ekspertlərlə bərabər teleaparıcınıda düşündürüb. Həqiqət yoxsa…

İnterpress.az