Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla


Şəmistan Əlizamanlı “Azadlıq” marşı ilə coşdurdu - VİDEO

Şair Elçin Mirzəbəylinin müəllifi olduğu “Azadlıq” marşı yeni oranjemanda dinləyicilərinə təqdim olunub.

Dərc edilib: 14 sentyabr 2018 [17:42]
Baxış sayı: 1734

“Ey ulu Vətənim, doğma torpağım,
Var tükənməz odun, sönməz ocağın,
Azadlığa çıxmaq üçün qalxsın bayrağın.
Qalx ayağa millət,
Boğmasınlar səsimizi.
Bir bayraq altında
Birləşdir bizi!”

Şair Elçin Mirzəbəylinin müəllifi olduğu “Azadlıq” marşı yeni oranjemanda dinləyicilərinə təqdim olunub.

İnterpress.az xəbər verir ki, marş 15 sentyabr Bakının erməni-bolşevik birləşmələrindən azad olunmasının 100 illiyinə həsr olunmuş “Qafqaz İslam Ordusu və Bakının qurtuluşu – 100” mövzusunda konfransının bədii hissəsində səsləndirilib.

Hərbi-vətənpərvərlik mahnılarının mahir ifaçısı Şəmistan Əlizamanlının təqdim etdiyi marş Azərbaycan və Türkiyə bayraqlarının dalğalandırılması ilə müşayiət olunub, çoşğu ilə qarşılanıb.

Qeyd edək ki, tədbir Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) və İstanbul Türkiyə-Azərbaycan Dərnəyinin (İSTAD) təşkilatçılığı, Azərbaycan Mətbuat Şurası və Milli QHT Forumunun, “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB-nin dəstəyilə ilə baş tutub.


İnterpress.az










Oxşar xəbərlər

Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?


Cəmi səslər: 112