Ərdoğan Azərbaycanda – FOTO – YENİLƏNİBbackend

Ərdoğan Azərbaycanda – FOTO – YENİLƏNİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrın 15-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

İnterpress.az xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Ramiz Həsənov və digər rəsmi şəxslər qarşılayıblar.

11:19 ***

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana rəsmi səfərə yola düşüb.

İnterpress.az xəbər verir ki, dövlət başçısını Atatürk hava limanından dövlət və hökumət rəsmiləri yola salıblar.

Qeyd edək ki, R.T. Ərdoğan bu gün Bakının ernəni-bolşevik işğalından azad olunmasının 100 illiyi münasibətilə keçiriləcək parada qatılacaq.

İnterpress.az

Ərdoğan Azərbaycanda - FOTO - YENİLƏNİB

Ərdoğan Azərbaycanda - FOTO - YENİLƏNİB

Ərdoğan Azərbaycanda - FOTO - YENİLƏNİB

Ərdoğan Azərbaycanda - FOTO - YENİLƏNİB