Azərbaycan ilə İsrail arasında daha bir əməkdaşlıq layihəsi müzakirə edilibbackend

Azərbaycan ilə İsrail arasında daha bir əməkdaşlıq layihəsi müzakirə edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev Azərbaycanda səfərdə olan İsrailin müdafiə naziri Aviqdor Libermanla görüşüb.

Nazirlikdən İnterpress.az-a verilən məlumata görə, görüşdə iki ölkə arasında müdafiə sənayesi üzrə mövcud və perspektiv əməkdaşlıq layihələri müzakirə edilib.

Görüşdə sentyabrda Bakıda keçiriləcək “ADEX-2018” üçüncü Beynəlxalq müdafiə sərgisində İsrailin milli pavilyonla iştirak etməsindən məmnunluq ifadə olunub.

İnterpress.az