17 yaşlı oğlan atasını öldürdübackend

17 yaşlı oğlan atasını öldürdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Teleqraf.com-a istinadən xəbər verir ki, rayonun Yeni Qızılca kəndində Daşkəsən rayon sakini, 2001-ci il təvəllüdlü Eşqin Quliyev atası Ramil Quliyev ilə mübahisə edib.

Ata və oğul arasında başlayan mübahisə sonradan qanlı olayla nəticələnib.

Belə ki, Eşqin Quliyev əvvəlcə evdə atasına bıçaqla xəsarət yetirib.

Daha sonra ata və oğul əlbəyaxa olub.

Əlbəyaxa olan ata və oğul yaşadıqları evin həyətinə çıxıblar.

Bu zaman Eşqin Quliyev həyətdə odun doğramaq üçün qoyulan balatını götürərək, atasına bir neçə xəsarət yetirib.

Aldığı xəsarətlərdən Ramil Quliyev hadisə yerində ölüb.

Cinayəti törədən Eşqin Quliyev polis və prokurorluq əməkdaşlarının birgə keçirdiyi əməliyyat nəticəsində həbs edilib.

İstintaqa ifadə verən Eşqin Quliyev törətdiyi əməli etiraf edib.

Faktla bağlı Göygöl rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

İnterpress.az