Ağsuda ağır qəza — Bir ölü, beş yaralıbackend

Ağsuda ağır qəza — Bir ölü, beş yaralı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qəza Ağsu-Çaparlı-Bağrlı yolunun 5-ci km-də Daşdəmirbəyli kəndi yaxınlığında qeydə alınıb.

Qəza zamanı Ağsu rayon Cəlayır kənd sakini 1969-cu il təvəllüdlü Usubov Habil Adil oğlunun idarə etdiyi “VAZ 21011” markalı avtomobil qarşı tərəfdən gələn Bakı şəhər sakini 1989-cu il təvəllüdlü Tağıyev Elvin Telman oğlunun idarə etdiyi “Mitsubishi” markalı avtomobillə toqquşub.

Hadisə nəticəsində “VAZ 21011” avtomobili deformasiyaya uğrayıb, nəqliyyat vasitəsində sıxılıb qalan sərnişin Ə.Məmmədovun cəsədi FHN-nin Xüsusi Riskli Xilasetmə qrupu tərəfindən çıxarılıb.
“Jiquli”nin sürücüsü Ağsu rayon Calayır kənd sakini 1969-cu il təvəllüdlü Usubov Habil Adil oğlu, onun həmkəndlisi sərnişinlər 1971-ci il təvəllüdlü Cəfərov Rauf Cavanşir oğlu,1978-ci il təvəllüdlü Cəfərov Qamət Fazil oğlu, həmçinin “Mitsubishi” markalı avtomobilin sürücüsü Tağıyev Elvin Telman oğlu və sərnişin Bakı şəhər sakini 1972-ci il təvəllüdlü Nuriyev Hidayət Hisi oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Ağsu Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Qəza zamanı xəsarət almış 5 xəstənin vəziyyəti həkimlər tərəfindən orta ağır kimi qiymətləndirilir .

Hadisənin dəqiq səbəbləri araşdırılır. ( oxu.az )

İnterpress.az